Qarabağ qazilərinin layihəsi başa çatdı

Qarabağ qazilərinin layihəsi başa çatdı backend

“Qarabağ qaziləri” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə dəstək üçün “Hüquqi Yardım Mərkəzi”nin yaradılması layihəsi başa çatıb.

Bu barədə QAZİLER.AZ saytına “Qarabağ qaziləri” ictimai birliyinin sədri, sözügedən layihənin rəhbəri Asəf Əliyev xəbər verib. Onun sözlərinə görə, sentyabrın 1-dən başlayan layihə 3 ay davam edib. Layihənin əsas məqsədi qanunla müharibə insanlarına şamil edilmiş güzəştlər, imtiyazlarla bağlı və digər problemlərinin həllində onlara dəstək olmaq idi:

“Bildiyiniz kimi, dövlətimiz tərəfindən Şəhid ailələrinə, Qazilərə müəyyən güzəştlər şamil olunub, onlara sosial dəstək verilir. Amma bir çox Şəhid ailəsi, Qazisi bunlardan tam məlumatlı olmur. Yaxud bu imtayazlardan, dövlətin verdiyi sosial dəstəkdən istifadə edə bilmir. Məqsədimiz onların qanuni yollarla bunları əldə etmələrinə dəstək olmaqdır. Bu məqsədlə layihə çərçivəsində “Hüquqi Yardım Mərkəzi” yaradıldı. Tanınmış hüquqşünas, müharibə veteranı Mobil Vəkilov bu işə cəlb edildi. O, yazılı və şifahi müraciətləri qəbul edib onların həllinə çalışdı. Layihənin icra müddətinə 106 nəfər yazılı, 200 nəfər isə şifahi müraciət etdi. Layihə icrası nəticəsində Şəhid ailələrinin, Qarabağ əlillərinin və müharibə veteranlarının 17 problemi müəyyənlləşdirildi. Bunlar dövlət orqanlarına , o csümlədən Milli Məclisə təqdim edilib.”, deyə A.Əliyev bildirib.

QAZİLER.AZ

Diaspora