Diplomatik korpusun üzvləri və hərbi attaşelərin azad olunmuş ərazilərə səfəri başlayıb.
Apa xəbər verir ki, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin Zəngilan və Qubadlı rayonlarına səfəri başlayıb.
***
08:23
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zəngilana və Qubadlıya səfərə gedib.
Apa-nın xəbərinə görə, diplomat bu barədə Tvitterdə məlumat verib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından foto paylaşan səfir qeyd edib ki, bu gün Zəngilan və Qubadlıya baş çəkəcək, Ağalı kəndində olacaq. Səfər Bakı-Zəngilan reysi ilə həyata keçirilir.