2023-cü ildə özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərin sayının bu ilə nisbətən daha da artırılaraq 17100-ə çatdırılması nəzərdə tutulur.
Bunu Qaziler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi də davam etdiriləcək.
QAZİLER.AZ