ABŞ konqresmenlərinin əksəriyyəti İranla sövdələşməni dəstəkləyir

ABŞ konqresmenlərinin əksəriyyəti İranla sövdələşməni dəstəkləyir backend

ABŞ Konqresi İranın nüvə proqramına dair müzakirələrə başlayıb. Yay parlament tətilləri zamanı senatorlar arasında İran İslam Respublikası ilə sövdələşmə tərəfdarlarının sayı nəzərəçarpacaq dərəcədə artıb.


AZƏRTAC xəbər verir ki, İranla danışıqlar üçün parlamentin ratifikasiyasına ehtiyac olmasa da, sazişin əleyhinə çıxan respublikaçılar onun reallaşmasına veto qoya bilərdilər. Artıq demokratların belə ssenariyə imkan verməmək üçün yetərincə səsi var. Bunu artıq Barak Obama administrasiyasının möhtəşəm qələbəsi adlandırırlar.

Xatırladaq ki, rəsmi Tehranla razılaşma iyulun 14-də Vyana şəhərində BMT Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya tərəfindən imzalanıb. Sənəd İran əleyhinə sanksiyaların aradan qaldırılması müqabilində onun nüvə proqramından imtina etməsini nəzərdə tutur.