Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçqaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 3-4 bala qədər hiss olunub.
Maqnitudası 5,7 olan zəlzələ 5 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dekabrın 8-də Rusiyanın Dağıstan Respublikası ilə Gürcüstan sərhədində 5,5 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri 22 km dərinlikdə yerləşib.
*****
10:54
Gəncə şəhərində və yaxın rayonlarda zəlzələ olub.
Qaziler.az Report-a istinadla xəbər verir ki, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.