Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 146-cı km-də, Vəlvələçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, uzunluğu 118, eni isə 8 metr olan körpü 1972-ci ilə istifadəyə verilib. 6 saylı Quba Yol İstismar İdarəsindən (Yİİ) bildirilib ki, körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi normadan artıq yüklənən ağırtonnajlı yük avtomobilləridir.
6 saylı Quba Yol İstismar İdarəsinin əməkdaşı Aydın Niftəliyevin verdiyi məlumata görə, bir neçə dəfə qəzalı vəziyyətə düşən nəqliyyat ötürücüsünün yük götürməsi nəqliyyat vasitələrinin müasir inkişafı ilə bağlı statik və dinamik yüklənməyə cavab vermir. Onun sözlərinə görə, yük avtomobillərinin körpünün üzərində hərəkətinə qadağa qoyulub. Hər iki istiqamətdə yük avtomobilləri üçün alternativ yol çəkilib.Körpü qəzalı vəziyyətə düşdü

