Serbiya ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Serbiya ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub backend

Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və ardıcıl səyləri ilə iki ölkə arasında əlaqələr inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Qaziler.az xəbər verir ki, bu fikir əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin görüşündə vurğulanıb.

Xüsusilə ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfərinin və Serbiya Prezidenti Aleksandar Vuçiç ilə imzaladıqları Birgə Bəyanatın, iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılmasına dair Memorandumun və Şuranın Əsasnaməsinin, habelə müxtəlif sahələrdə imzalanan əməkdaşlıq sənədlərinin dost münasibətlərinə əsaslanan əlaqələrimizin yüksələn xətlə inkişafında mühüm rolu qeyd edilib.

Görüşdə ticarət-iqtisadi əlaqələrin, enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni layihələr əsasında genişləndirilməsi məsələlərindən bəhs olunub. Kənd təsərrüfatı, nəqliyyat, əmək və sosial müdafiə, mədəniyyət, İKT, turizm, təhsil  və s. sahələrdə əlaqələrin inkişafı etdirilməsi üçün aparılan işlər və hədəflər müzakirə edilib.

Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşdirilməsi üçün gördüyü işlərə və Serbiyada keçiriləcək 7-ci iclasına dair fikir mübadiləsi aparılıb.

Diaspora