İndoneziya yenidən OPEK-in tamhüquqlu üzvü olacaq

İndoneziya yenidən OPEK-in tamhüquqlu üzvü olacaq backend

Dekabr ayında İndoneziya yenidən OPEK-in tamhüquqlu üzvü olacaq.


AZƏRTAC xəbər verir ki, bu məlumatı İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Səid bəyan edib.

OPEK-in baş katibi rəsmən təsdiq edib ki, Neft ixrac edən ölkələr təşkilatının üzvü olan bütün dövlətlər İndoneziyanı OPEK-in yeni tamhüquqlu üzvü kimi alqışlayırlar.

2009-cu il yanvarın 1-nə qədər OPEK-in üzvü olmuş İndoneziya həmin tarixdən bu təşkilatı tərk edib. Buna səbəb o idi ki, neft hasilatının kəskin azalması üzündən İndoneziya neft ixrac edən ölkədən neft idxal edən ölkəyə çevrilmişdi.

Xatırladaq ki, OPEK-ə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola daxildir. Meksika, Misir, Oman və Rusiya OPEK-də müşahidəçi ölkələr statusuna malikdirlər.
Diaspora