Birləşmiş Ştatlar Almaniya hökumətinə açıq şəkildə bəyan edib ki, Almaniyanın "Leopard 2" əsas döyüş tanklarının Ukraynaya çatdırılması ilə bağlı Berlin qərar verərsə ABŞ bunu dəstəkləyəcək.
Qaziler.az bildirir ki, bununla bağlı "Европейская правда" məlumat verib.
Bildirilir ki, bununla bağlı məlumatı iki ölkənin məxfi məlumatlarına çıxışı olan mənbələr Almaniyanın FAZ nəşrinə ötürüblər.
Mənbənin bildirdiyinə görə, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan kanslerin xarici siyasət üzrə müşaviri Yens Pletnerə artıq oktyabr ayında məlumat verib.
QAZİLER.AZ