DOST mərkəzlərində bu il 570 min şəxsə xidmət göstərilib

DOST mərkəzlərində bu il 570 min şəxsə xidmət göstərilib backend

Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin mərkəzlərində 570 min şəxsə xidmət göstərilib. Xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,5 faiz olub. 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, 2019-cu ilin may ayından ölkəmizdə 5 DOST mərkəzi, 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk “SMART DOST” xidmət məntəqəsi açılıb.

Hazırda paytaxtın Xətai rayonunda da 5 saylı Bakı DOST mərkəzinin açılışına hazırlıq işləri aparılır.

Ölkəmizin uğurlu sosial islahat nümunəsi kimi beynəlxalq səviyyədə də yüksək dəyər verilən DOST Agentliyi bu il Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı” Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı ilə təltif edilib. 

Bu il Agentlik 4 istiqamət üzrə beynəlxalq İSO sertifikatlarına da layiq görülüb.

Diaspora