Qazilərdən Rusiya sülhməramlılarının hərəkətinə ETİRAZ

Qazilərdən Rusiya sülhməramlılarının hərəkətinə  ETİRAZ backend

Xəbər verdiyimiz ki, Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.

Qaziler.az bildirir ki, bu, hər bir azərbaycanlının hiddətinə səbəb olub. Bununla bağlı Qarabağ qaziləri də öz etirazlarını bildirib. 

"Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev Rusiya sülhməramlılarının 10 noyabr sazişinin müddəalarını daim pozduğunu, onların daim erməniləri dəstəklədiyini vurğulayıb:

"Əslində Rusiya sülhməramlılarının xidmətə başladığı gündən onların Qarabağa yerləşdirilməsi ilə bağlı imzalanmış üçtərəfli sazişin şərtlərini pozmağa başlayıblar. Yəni Rusiya sülhməramlı kontingenti daim 10 noyabr 2020-ci il tarixli sazişi pozublar. Bu hal bu gün də davam edir. Biz Qarabağ qaziləri buna etiraz edirik. Ümumiyyətlə, sülhməramlılar öz mandatlarına uyğun fəaliyyət göstərmirlər. Onlar erməniləri dəstəkləyir, ermənilərin mənafeyinə uyğun addımlar atırlar.

İstənilən Azərbaycan vətəndaşı öz torpağında azaddır və Azərbaycanın istədiyi yerinə, o cümlədən Qarabağa gedə bilər.

Sülhməramlılar sazişə uyğun olaraq bütün qaçqınları öz yerlərinə qaytarmalıydılar. Xocalını, Kərkicahanı, Meşəlini, Malıbəylini və digər Azərbaycan ərazilərinə öz əzəli və əbədi sakinlərini qaytarmalı idilər. Bu onların öhdəliyi idi. Lakin eləmədilər. 

Bu azmış kimi ora getmək istəyən vətəndaşlarımıza da mane olurlar. Halbuki o yolla iranlılar, gürcüstanlılar, nə bilim it keçir, qurd keçir, amma azərbaycanlıları buraxmırlar..."- deyə Azəf Əliyev bildirib.

QAZİLER.AZ

Diaspora