Sülhməramlılara şərt qoyulmalıdır...- Azər Həsrət

Sülhməramlılara şərt qoyulmalıdır...- Azər Həsrət backend

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin (İTV, "Real" TV) Xocalıya (Azərbaycan ərazisinə) keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.

Qaziler.az-ın xəbərinə görə, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirir ki, Rusiya sülhməramlılarının Azərbaycan jurnalistlərini Azərbaycan torpağında əngəlləməsi artıq yeni bir yanaşma zərurətini ortaya çıxarıb.

"Bundan sonrakı mərhələdə bu məsələ masada müzakirə edilməli, sülhməramlılara şərt qoyulmalı və yalnız indi deyil, istənilən vaxt jurnalistlərimizin onların müvəqqəti nəzarəti altında olan torpaqlara getməsi üçün şərait yaradılmalıdır. Birmənalı olaraq bəllidir ki, Xankəndi başda olmaqla o torpaqlar Azərbaycanındır. Belə olan halda Azərbaycan media təmsilçilərinin ölkənin başqa ərazilərində olduğu kimi o yerlərdə də sərbəst hərəkəti təmin edilməlidir. Əlbəttə, risklər nəzərə alınmaqla bu işi sülhməramlılarla koordinasiya etmək şərti ilə. Necə olur ki, xarici ölkə vətəndaşları – Ermənistan əhalisi Qarabağın rusların nəzarətindəki kəsiminə rahat gəlib-gedə bilir, biz Azərbaycan vətəndaşları bunu edə bilmərik? Məntiq hardadır burda. Ona görə də məsələni hər şeydən öncə İdarə Heyətinin üzvü olduğum Mətbuat Şurası vasitəsilə müzakirəyə təklif edirəm" - deyə o, qeyd edib.

QAZİLER.AZ

Diaspora