Sabahın hava proqnozu

Sabahın hava proqnozu backend

Azərbaycanda dekabrın 6-na gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 3-5 dərəcə isti, Bakıda gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 8-11 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması ehtimalı var.

loading...
Diaspora