Sosial Xidmətlər Agentliyi hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır

Sosial Xidmətlər Agentliyi hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə ölkəmizə qaytarılmış 122 repatriantı sosial reabilitasiya və re-inteqrasiya xidmətlərinə cəlb edib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, agentliyin əməkdaşları tərəfindən onlarla bağlı sosial-psixoloji dəstək tədbirləri davam etdirilir.

Ümumilikdə isə hazırda 152 ailə üzrə 409 repatriasiya edilmiş şəxs və qəyyumları ilə bu istiqamətdə iş aparılır.

Repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.

Diaspora