Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb backend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 544 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 181, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 28 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 923 821, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 240, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 445, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 100, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 036 nəfər təşkil edir.

loading...
Diaspora