37 dərəcə isti olacaq- PROQNOZ

37 dərəcə isti olacaq- PROQNOZ backend

Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 30-34 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı rayonlarda duman olacaq, şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.
Diaspora