Azərbaycan Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.
APA-nın məlumatına görə, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan nazirlik apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.Nazirlik Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib

