Tanınmış qazi Rey Kərimoğlu 1990-cı və 2000-ci illərin şəhid və qaziləri arasında fərq qoyanları qınayıb.
Qaziler.az bildirir ki, R.Kərimoğlu bununla bağlı feysbuk hesabında yazıb:
"Doxsanıncı illərdə də 18, 19, 20 yaşlı balalarımız döyüşüb şəhid oldu! Sadəcə, internet, sosial şəbəkələr yox idi deyə çoxunun bundan xəbərləri olmadı. Baxın, diqqətlə baxın! Bunlar Azərbaycanı qoruyan oğullardı! Şəhidləri, qaziləri bölənlər, fərq qoyanlar diqqətlə baxsın! Və utansınlar!"
QAZİLER.AZ