Gerçək mübarizə adamları qalıb bir tərəfdə...- Arzuman Abdulkərimov

Gerçək mübarizə adamları qalıb bir tərəfdə...- Arzuman Abdulkərimov backend

"İndi hər kəs Güney Azərbaycandan, Azərbaycanın bütövləşməsindən danışır. Çox şükür. Bizim də istədiyimiz bu idi. Amma hadisələrin gedişini izlədikçə adamı vahimə basır. Prosesə elələri qoşulub ki, ( və ya qoşublar) az qalırsan ideologiyandan imtina edəsən. Gerçək mübarizə adamları qalıb bir tərəfdə, hansısa idbarlar toy toğlusu kimi özlərini verib (və ya verilib) qabağa guya Bütöv Azərbaycan qururlar".

Qaziler.az bildirir ki, bu sözləri “Hilal” Sosial Araşdırmalar Mərkəzinin sədri Arzuman Abdulkərimov deyib.

Xırda, alverçi xislətli şəxsləri bu cür məsələlərdə önə buraxılmasının yolverilməz olduğunu bildirən mərkəz sədri bildirib: "Əslində biz belə hallarla çox qarşılaşmışıq. Böyük bir prosesi gözdən salmaq istəyirsənsə, xırda, alverçi xislətli birilərini önə verəcəksən və hadisənin mahiyyətini kiçildib gözdən salacaqsan. İndi də belədi.

Bu günlərdə dostlarla çox ciddi müzakirəmiz oldu. Hər kəs mən deyənlərlə razılaşır, amma: “Dövlət tərbiymiz imkan vermir bu məsələləri ictimailəşdirək” deyə izahat verirlər. Dostlar! Bütöv Azərbaycan bizim üçün KUTSAl davadır, bu bizim Sevgimizdir. Əgər bu Kutsal dava üçün canımızı verməyə hazırıqsa bütün kompleksləri kənara qoyub mübarizənin önünə keçməli, idbarları prosesdən kənarlaşdırmalıyıq Bu məsələdə haqqı olan bütün dostlarıma səslənirəm, geriyə yol yoxdur. İmkan verməyin ki, idealımızı gözdən salsınlar. Əks halda ……

Yaşasın Bütöv Azərbaycan!" 

QAZİLER.AZ

Diaspora