"İranın Azərbaycana qarşı həddini aşan münasibətinə ölkədə reaksiya verməyən qalmadı. Dövlətin Zirvəsindən Bütün Qafqazın şeyxinə, illərlə güney davası döyəndən faktiki olaraq, İrana xidmət ittihamı ilə həbsdə olan Hacı Tale Bağırzadəyə qədər hər kəs öz üslubunda fars rejiminə cavab verdi. Ancaq birilərinin potensial şeyx namizədi, Texniki Universitetin Maşınqayırma fakültəsinin məzunu Hacı Şahin Həsənlidən başqa".
QAZİLER.AZ bildirir ki, bunu “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər feysbuk hesabında yazıb.
"Adam sanki manekendir, hamı ilə şəkil çəkdirməyə vaxt tapır, ancaq sərhədlərimizdə kafirə görə gədəlik edən, qırx milyon soydaşımızın haqqına təcavüz edən İrana qarşı iki cümlə deməyə imkanı olmur…
Hacı Şahin özü əleyhinə yazanların üzərinə slikonlu cariyələri salmadan öncə unutmamalıdır ki, vətəni sevmək imanın yarısıdır və haqsızlıq önündə susan da dilsiz şeytandır...
Haydı, hacıcan, bizim şəkil çəkdirən bir hacımız-ürəyimiz var, səndən isə açıqlama gözləyirik…" - deyə A.Ələsgər qeyd edib.
QAZİLER.AZ