Agentlik Cəlilabad rayon sakininin iddialarına cavab verdi

Agentlik Cəlilabad rayon sakininin iddialarına cavab verdi backend

Cəlilabad rayon sakini Nuriyev Faba Ovezoviç oğlu bu ilin sentyabr ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunaraq ona təkrarən əlillik təyin edilib. 

Qaziler.az bildirir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov bildirib.

"Müayinənin nəticələrinə əsasən ona orqanizmin funksiyalarının 50 faiz pozulması üzrə əlillik təyin edilib.

Bununla belə, F.Nuriyev əvvəllərdə olduğu kimi bu dəfə də onunla bağlı əlillik təyinatının düzgün aparılmadığı barədə əsassız fikirlər bildirir, qeyri-etik, təhqiramiz ifadələrə yol verir.

Əvvəlki vaxtlarda da F.Nuriyev dəfələrlə qanunvericilik izah edilməsinə baxmayaraq, bu cür davranışlar göstərib. Bu gün də o, nazirliyə gələrək eyni tələb irəli sürüb, qeyri-etik hərəkətlər edərək, böhtan və təhqiramiz ifadələr səsləndirib.

F.Nuriyevə bir daha qanunvericilik izah olunub, ona daha ağır dərəcəli əlillik təyinatı aparılmasının qanunauyğun olmadığı bildirilib" -  deyə agentliyin şöbə müdiri qeyd edib..

QAZİLER,AZ

Diaspora