Azərbaycanda bu il keçiriləcək I Avropa Oyunları ilə bağlı yeni qaydalar tətbiq olunur

Azərbaycanda bu il keçiriləcək I Avropa Oyunları ilə bağlı yeni qaydalar tətbiq olunur backend

Azərbaycanda bu il keçiriləcək I Avropa Oyunları ilə bağlı yeni qaydalar tətbiq olunur.

Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sədr Hadı Rəcəbli bildirib ki, bununla bağlı “Bədən tərbiyəsi və idman haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə olunacaq.

O qeyd edib ki, bu müddəalar zorakılığın qarşısının alınması məqsədini daşıyır və dünya təcrübəsindən götürülüb.

Daha sonra layihə barədə məlumat verən MM-in Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif edilən əlavələr ondan ibarətdir ki, yerli iştirakçılarla yanaşı, xarici ölkə iştirakçıları da oyunlar zamanı nizam-intizam, biletlərin əldə olunması, təxribat məqsədlərinin yol verilməməsi və s. kimi məsələlərdə məsuliyyət daşıyır.

İnzibati Xətalar Məcəlləsinə də olimpiya oyunları zamanı biletlərin qanunsuz alınıb satılması ilə bağlı yeni sanksiyalar əlavə olunur. A.Abbasova bildirib ki, qanunvericiliyə edilən yeni əlavə Azərbaycanda keçiriləcək bütün beynəlxalq oyunlara şamil olunur.
H.Rəcəbli bildirib ki, bu çox ciddi yenilikdir və Prezident Administrasiyasının müvafiq şöbəsi ilə birgə işlənib. O qeyd edib ki, hazırda bütün müvafiq qurumlarla layihə razılaşdırılıb: “Qısa zamanda layihəni müzakirəyə çıxarmağı planlaşdırırıq”.
Diaspora