Naxçıvandakı həbslər dünya mediasının marağına səbəb olub - ŞƏRH

Naxçıvandakı həbslər dünya mediasının marağına səbəb olub - ŞƏRH backend

"Naxçıvanda son hay-küylü həbslər barədə xəbərlər artıq dünya mediasına da çıxmaqdadır".

Qaziler.az xəbər verir ki, bu haqda jurnalist, politoloq Aydın Quliyev paylaşım edib. 

"Naxçıvanın maliyyə nazirinin həbs olunaraq Bakıya gətirilməsini çox populyar rusdilli mediadan oxudum. Dünya mediasının marağı başa düşüləndir. Hər halda on illərdən bəri yığılmış regional korrupsiya hallarının araşdırılmasından söhbət gedir".

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Əliyev Rafael həbs olunub. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

QAZİLER.AZ

Diaspora