Əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb
Məşğulluq imkanlarının artırılmasına, eləcə də qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi ilə nəticələnir.
Bu ilin 10 ayında ölkəmizdə əmək müqavilələrinin sayı 43 min və ya 2,6 faiz artaraq 1 milyon 727 min 909 müqavilə təşkil edib.
Ardıcıl sosial islahatlar, o cümlədən əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da davamlı artımına imkan verib.
2022-ci ilin yanvar-oktyabr aylarında əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb.
Ümumilikdə son 4 ildə əmək müqavilələrinin sayında 30 faiz, əməkhaqqı fondunda 2,2 dəfə artım baş verib.