“Bir amal uğrunda” adlı tədbir – sərgi keçirildi - FOTO

“Bir amal uğrunda” adlı tədbir – sərgi keçirildi - FOTO backend

24 noyabr 2022-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Bir amal uğrunda” adlı tədbir – sərgi keçirildi. 

Azərbaycan İstiqlal Muzeyindən Qaziler.az -a bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazıldı.        

Tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda unudulmaz tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs etdilər. Bildirildi ki, artıq iki ildir ki, bizlərə Zəfər sevinci yaşadan, 30 illik işğala son qoyaraq doğma Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşayacaqlar. 

Sonda tədbir iştirakçıları şəhid polkovnik-leytenant Cəfərov Zaur, leytenant Nağıyev Murad, əsgər Əsədli Əsəd, Qəhrəmanov Orxan, Hacıyev Sayad, Cabbarzadə Cavidə məxsus, muzeyin fondlarında qorunub saxlanılan 60-a yaxın şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış oldular.

Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, 1Könüllü tələbə təşkilatının könüllüləri, “İrəli” İctimai Birliyinin üzvləri və digər qonaqlar iştirak etdilər.

Diaspora