"Bu bir dindir və dünyada hətta milyardları aşan ardıcılları var. Elədirsə, kimin ixtiyarı var ki, islam dini adına partiya qurub ondan özünün siyasi məqsədləri üçün istifadə eləsin?"
Qaziler.az bildirir ki, bu sözləri tanınmış jurnalist Azər Həsrət bildirib.
"İndi ki, siyasi partiyalar haqqında qanunun müzakirəsi gedir, bir məsələni də mən deyim. Bilmirəm, bəlkə də qanun layihəsində var. Varsa, əla. Yoxdursa, təklif edərdim ki, dini əsaslarla siyasi partiya qurmaq qəti qadağan edilsin. Örnək üçün, İslam Partiyası. İslamın da partiyası olar? Bu bir dindir və dünyada hətta milyardları aşan ardıcılları var. Elədirsə, kimin ixtiyarı var ki, islam dini adına partiya qurub ondan özünün siyasi məqsədləri üçün istifadə eləsin? Deməyin ki, Avropada xristian partiyaları var, bizdə niyə olmasın? Avropada hər şeyin mükəmməl olmadığını da qəbul edək nəhayət ki..."- deyə Azər Həsrət qeyd edib.
QAZİLER.AZ