"İranın adında hər nə qədər İslam Respublikası olsa da, faktiki olaraq Vatikan kimi teoktarik bir ölkənin fərqli bir versiyasıdır".
Qaziler.az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Elşad Miri "ARB24" kanalında yayımlanan "İşgüzar səhər"in efirində deyib. Verilişdə səsləndirilən tezisləri təqim edirik:
-İranda Allahın Quranda bildirdiyi “Allahın ipindən hamınız birlikdə yapışın, firqələrə, məzhəblərə bölünməyin” anlayışının əksinin şahidi oluruq. Firqələşdirir, bölücülüklə məşğuldur.
-Azərbaycanda özünü dindar sayan bəzi insanlar, bəzi məzhəb nümayəndələri özlərini hər hansısa bir din xadimini təqlid etmək məcburiyyətində hiss edirlər. Təqlid etdikləri şəxslər də bu gün İranın dini lideri olan Xomeneini və yaxud başqa Ayətullah üzvləridir. Təqlid etmədiyi təqdirdə namazının, orucunun yerinə yetməyəcəyini güman edir.
-Azərbaycanın mövcud olan hər hansı bir dinlə bağlı qurum və həmin qurumun rəhbəri İrandakı dini lideri özünün dini rəhbəri olaraq qəbul edirsə, bu ciddi bir problemdir.
-Azərbaycan din anlayışına özünə uyğun bir modelini tətbiq etməli, Qurana əsaslanan bir formatı olmalıdır.
QAZİLER.AZ