Nazirliyin e-xidmətlərinə 8,9 milyon müraciət qeydə alınıb

Nazirliyin e-xidmətlərinə 8,9 milyon müraciət qeydə alınıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin 10 ayında 8,9 milyon müraciət qeydə alınıb.

Qaziler.az xəbər verir ki, məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. 

Həmin dövrdə e-təyinatlar davam edib. 210 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, həmçinin e-qaydada 157 min fərdi şəxsi hesab açılıb. 

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrindən ibarət 17 min şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilib. 

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən  10 ayda Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 179 milyon, servislər üzərindən mübadilə sayı isə 12,7 milyon olub.

Diaspora