Sanatoriya-kurort yollayışı verilən müalicə mərkəzlərinə mediatur təşkil edilib - FOTO

Sanatoriya-kurort yollayışı verilən müalicə mərkəzlərinə mediatur təşkil edilib - FOTO backend

Sosial Xidmətlər Agentliyi postmüharibə dövründə 7 minədək imtiyazlı şəxsi sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla təmin edib...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Naxçıvan Muxtar Respublikasında yerləşən və Agentlik tərəfindən sanatoriya-kurort yollayışı verilən müalicə mərkəzlərinə mediatur təşkil edib. 

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verib.

Media nümayəndələri “Duzdağ” Fizioterapiya Mərkəzi, “Darıdağ” Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və digər imtiyazlı kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərlə əyani tanış olublar.

Mərkəzlərə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmotoloji və s. xəstəlikləri olan vətəndaşlar qəbul edilir və onlar səmərəli fizioterapevtik müalicə prosedurlarındann keçirlər. Bu prosedurlar nəticəsində xəstələrdə pozitiv dəyişikliklər müşahidə edilir.

Agentlik tərəfindən postmüharibə dövründə 7 minədək imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla təmin edilib ki, onlardan bir hissəsi şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub. 

Yollayışla təmin edilənlərdən 308 nəfər imtiyazlı şəxs Naxçıvanda yerləşən sanatoriya-kurort  mərkəzlərinə göndərilib. 

Diaspora