Səbuhi Məmmədlidən xəbər var: Əməliyyat olunacaq - FOTO

Səbuhi Məmmədlidən xəbər var: Əməliyyat olunacaq - FOTO backend

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin təşəbbüsü ilə şuranın nəzarət-təftiş komissiyasının sədri Rey Kərimoğlu xəstəxanada olan jurnalist Səbuhi Məmmədlini ziyarət edib. 

Bu barədə jurnalist Qaziler.az saytına məlumat verib.

"Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin təşəbbüsü ilə bu gün Azərbaycan mətbuatının ən istedalı nümayəndələrindən biri, sevimlimiz Səbuhi Məmmədliyə baş çəkdim! Bildiyiniz kimi, Səbuhunin səhhətində son günlər çox ciddi problem yaranmışdı. Həkimlərin verdiyi məlumata görə, indi vəziyyəti ağır stabildir. Amma mütləq əməliyyat olunmalıdır. Sabah, inşallah, əməliyyat üçün Topçubaşov adına xəstəxanaya köçürüləcək. Özünün də əhvalı yaxşıdır. Hamıya salam dedi. İnşallah, əməliyyatı uğurla başa çatacaq. Və ondan sonra həkimlərin dediyinə əməl etməlidir. İnşallah, uğurlu əməliyyatdan sonra həkimlərin sözünə əməl etsə, Səbuhi hələ uzun illər yaşayacaq! Oğlu Ramal və qızı Sədəfin toyunu görəcək!

Möhkəm ol, Səbuhi!" - deyə qeyd edib.

QAZİLER.AZ

loading...
Diaspora