Bu gün dünyaya göz açıb Vətən üçün ömürlərini fəda edən şəhidlərimizin doğum günüdür
Şəhid əsgər Anar Mürsəliyevin doğum günüdür.
Mürsəliyev Anar Səfər oğlu 21.11.2001-ci ildə Xaçmaz rayonunda anadan olub. Anar Vətən müharibəsində igidlik və mərdlik göstərərək 22.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid MAXE Daşqın Ağayevin də bu gün doğum günüdür.
Daşqın Əliqulu oğlu Ağayev 21.11.1987-ci ildə Sumqayıt şəhərində anadan olub.
Daşqın Ağayev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək qəhrəmancasına şəhid olub.
Şəhidimiz ailəli idi. 2 övladı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan MAXE Tofiq Həsənovun doğum günüdür.
Tofiq Etibar oğlu Həsənov 21.11.1989-cu ildə Gədəbəy rayonu, Cəfərli kəndində anadan olub. Tofiq Vətən müharibəsində igidlik və mərdlik göstərərək 30.09.2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimiz ailəli idi. İki övladı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid kapitan Hafiz Abdurrəhmanovun doğum günüdür.
Abdurrəhmanov Hafiz Xalid oğlu 21.11.1989-cu ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olub.
2013-cü ildən Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini almışdır.
2019-cu ilin payızından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirib.
2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini alıb.
Hafiz Vətən müharibəsində igidlik və mərdlik göstərərək 02.11.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəmkir rayonunda dəfn edilib.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Bu gün Şuşanın azadlığı uğrunda qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür.
Mehman Qəzənfər oğlu Sayadov 1972-ci il noyabrın 21-də Basarkeçər rayonuun Günəşli kəndində anadan olub. 1988-ci ildə erməni seperatçı qüvvələrinin azərbaycanlıları kütləvi şəkildə ata yurdlarından deportasiya etmələri nəticəsində Mehhman ailəsi ilə birgə Samux rayonuna köçür. Yaşının az olmasına baxmayaraq, o da digər soydaşlarımız kimi baş verən hadisələrə biganə qala bilmir. O, orta məktəbi bitirib 18 yaşı tamam olan kimi hərbi xidmətə gedir. Mehman hərbi xidmətə Sovet ordusu sıralarından başlayır. 6 ay rus ordusunda hərbi xidmətdə olur. Azərbaycandakı ağır vəziyyət onu bu xidməti yarımçıq qoyaraq vətənə dönməyə vadar edir. Vətənə dönən Mehman könüllü olaraq cəbhə bölgəsinə yollanır. O, 1991-ci il noyabrın 5-də “Azərbaycan Qarabağ” adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq cəbhənin Şuşa istiqamətinə gedir. O, gənc olsa da, çox bacarıqlı döyüş qabiliyyətinə malik idi. Döyüşçü yoldaşları onun bu qədər gənc və cəsur bir döyüşçü olduğuna heyrətlənirdilər. Mehman və onun döyüş yoldaşları Şuşanın Kosalar və Nəbilər kəndlərindəli qızğın döyüşdə düşmənin 70-ə yaxın canlı qüvvəsini və xeyli sayda zirehli texnikasını məhv edir. Ermənilər hər tərəfdən Şuşaya basqınlar edirdilər.
Rusun dəstəyi sayəsində ordusunu müasir silahlar və canlı qüvvə ilə təmin edən ermənilər çirkin niyyətlərini həyata keçirməyə nail oldu. Düşmənə vurulan hər zərbədən sonra Mehman da qürurla döyüşə atılır. Ancaq təəssüflər olsun ki, bu cür cəsur oğullarımızın ömür yolu çox qısa olur.
1992-ci il mayın 9-da Şuşanın Nəbilər kəndinin müdafiəsi zamanı Mehmanın da döyüş coşqusu ilə döyünən ürəyi yağı gülləsi tərəfindən əbədiyyən susdurulur. O, özü şəhidlik zirvəsinə yüksəlməklə yanaşı, xeyli sayda erməni yaraqlısınıda məhv edir.
Qəhrəman döyüşçümüzün soyuq cəsədi ətrafında onlarla erməni yaraqlısının da cəsədi var idi. Bu onu göstərir ki, o ölüm anında belə düşməndən qisasını almağa çalışıb.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
QAZİLER.AZ