Avqust ayında Türkiyənin Van və Hakkari vilayətlərində PKK tərəfindən girov götürülən 20 gömrük əməkdaşı İraqın şimalında sərbəst buraxılıb.
APA-nın verdiyi xəbərə görə, gömrükçülərin bu gün Habur sərhəd qapısından Türkiyəyə daxil olacağı gözlənilir.
Girovlar ailələrinin Diyarbəkirdəki İnsan Haqlar Dərnəyinə müraciətindən sonra dərnək nümayəndələrinin PKK terrorçuları ilə təmas qurması nəticəsində buraxılıb.
Qeyd edək ki, gömrük işçiləri avqust ayının 10-da və 21-də girov götürülüblər.