Şəhid leytenant Tural Eyyubovun anım günü keçiriləcək - FOTO

Şəhid leytenant Tural Eyyubovun anım günü keçiriləcək - FOTO backend

Şəhid leytenant Tural Yadulla oğlu Eyyubovun xatirəsinə hsr olunan anım mərasimi keçiriləcək.

Qaziler.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Anım mərasiminin noyabrın 20-si saat 10:30-da Bakı şəhəri, Sabunçu rayonu “Gənclər evi”ndə keçiriləcəyi qeyd edilib.

Şəhidimiz Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Qəhrəman leytenant Kürdəmir rayonunda dəfn edilib. 

T.Eyyubov 1992-ci il iyulun 2-də Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. 1993-cü ilin iyulundan Eyyubovlar ailəsi Rusiyaya köçüb. Tural 1998-2005-ci illərdə Rusiyada təhsil alıb. 2005-2009-cu illərdə isə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsində ali təhsil alıb. Ailəli olub.

Şəhidimiz 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə 2014-2015-ci illərdə Azərbaycan Ordusunun sıralarında leytenant hərbi rütbəsi ilə xidmət edib.

Azərbaycan Ordusunun leytenantı Tural Eyyubov 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpası, işğal altındakı torpaqların azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı şəxsi igidlik göstərib. 

Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib.

O, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

QAZİLER.AZ

loading...
Diaspora