Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin, Azərbaycan Kosmik Agentliyinin təşkilatçılığı ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin və “AZAL” Hava Yolları konserninin dəstəyi ilə bir qrup şəhid övladı payız tətili günlərində Türkiyə Respublikasının İzmir şəhərində yerləşən “SPACE” kosmik düşərgəsində iştirak üçün yola düşüblər.
Qaziler.az bildirir ki, bu barədə "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi feysbuk səhifəsində paylaşım edib.
İştirakçılar 4 gün ərzində düşərgədə ilkin kosmik biliklərə yiyələnəcək,maraqlı və yaddaqalan təlimlərdə iştirak edəcəklər.
Kosmik macəra adlı interaktiv proqrama qatılacaq məktəblilər üçün elm və texnologiyaya aid təlimlər, kosmosa aid fundamental biliklər və kosmik simulyasiyalara dair sessiyalar keçiriləcək.
QAZİLER.AZ