E-sosial.az portalına bu il 9,7 milyondan çox müraciət qeydə alınıb

E-sosial.az portalına bu il 9,7 milyondan çox müraciət qeydə alınıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalına bu ilin yanvar-oktyabr aylarında 9 milyon 724 min 035 müraciət qeydə alınıb.

Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, 2019-cu ildən istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır.

Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilməklə yaranan sosial-əmək hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirmək imkanına malikdir.

“Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən portalda qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1 milyon 253 min 702-ə çatıb.

loading...
Diaspora