Bakıda yük qatarı ilə avtomobil toqquşub - FOTO/VİDEO

Bakıda yük qatarı ilə avtomobil toqquşub -  FOTO/VİDEO backend

Bakıda səhər saatlarında yük qatarı ilə avtomobil toqquşub.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində qeydə alınıb. 

Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb. İlkin məlumata görə, qəzaya səbəb “Hyundai” markalı avtomobilin hərəkətdə olan yük qatarının yoluna çıxması olub.

Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

loading...
Diaspora