Tanınmış jurnalistin rəhbərliyi ilə yeni sayt fəaliyyətə başladı

Tanınmış jurnalistin rəhbərliyi ilə yeni sayt fəaliyyətə başladı backend

QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycanın tanınmış jurnalisti Azər Ayxanın rəhbərliyi ilə "GLOBALİNFO.AZ saytı fəaliyyətə başlayıb. 

Sayt özəl xəbərlərlə, müsahibələrlə, açıqlamalarla və təhlil məqalələrlə oxucuların xidmətindədir.
Azər Ayxanın Bakupost.az-a bildirib ki, Globalinfo.az Azərbaycan və dünya gündəminin əsas xəbərlərini, o cümlədən, təhlil və araşdırma materiallarını, eksklüziv müsahibə və reportajları oxuculara operativ və yüksək keyfiyyətlə təqdim edəcək.

Sayt müasir medianın şərtlərinə, qanunvericiliyin tələblərinə riayət edən media resursu kimi fəaliyyət göstərəcək.

Globalinfo.az-da bir çox tanınmış imzaların da köşə yazılarına, müəllif məqalələrinə yer veriləcək.  

 

Azər Ayxan 1991-ci ilin noyabrından Azərbaycan mətbuatındadır. O, 30 ildən çox “Yeni Müsavat” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ilin yanvarından 2022-ci ilin iyul ayına kimi qəzetin baş redaktoru olub.   

Qaziler.az saytı olaraq dəyərli həmkarımızı təbrik edir, ona və komandasına uğurlar arzulayırıq!  

Diaspora