Azərbaycanda daha 2 nəfər koronadan ölüb

Azərbaycanda daha 2 nəfər koronadan ölüb backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, hazırda 220 aktiv xəstə var. Bu günə qədər 9 967 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 101, bu günə qədər isə ümumilikdə 7 349 698 test icra olunub.

loading...
Diaspora