Bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib

Bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm də işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.
 
Nazirlikdən Qaziler.az-a bildirilib ki, 2022-ci ilin ötən dövründə proqram üzrə 1700-ə yaxın işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Bu dövrdə proqramda iştirak üçün müraciət edən 193 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
 
Ümumilikdə proqramın icra edildiyi 2 il ərzində 384 işəgötürənlə əməkdaşlığa başlanılıb, 3217 işsiz şəxsə iş yerlərinə göndəriş verilib. 

loading...
Diaspora