“Fransa Senatının qəbul etdiyi qətnaməni rədd edirik” - “Qarabağ qaziləri" birliyinin sədri

 “Fransa Senatının qəbul etdiyi qətnaməni rədd edirik” - “Qarabağ qaziləri" birliyinin sədri backend

“Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev dünən Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı QAZİLER.AZ saytına açıqlama verib. 

Açıqlamada deyilir:

“Bu qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşıyır. Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir. Qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir.

Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın  müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanmasıdır. Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar, təəssüf ki, qətnamədə unudulur.

Heç kəs unutmasın ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi, Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır.

Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik!”

Diaspora