Türkiyənin İstanbul şəhərində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terrorla bağlı yeni təfərrüatlar üzə çıxıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi terror aktını həyata keçirən qadın terrorçu qaçarkən əlindəki qızılgül diqqət çəkib.
Suriya əsilli terrorçu Ahlam Albaşir hücumdan 10 saat sonra Küçükçekmecedə gizləndiyi evdə yaxalanarkən, 1200 kamera görüntüsünü izləyən xüsusi istintaq qrupu qanlı olayla bağlı yeni detalları üzə çıxarıb.
İstiqlal küçəsinə bomba atdıqdan sonra bir əlində cib telefonu, digərində qızılgül tutaraq qaçan Albəşirin kamera görüntüləri çözülüb.
Qadın terrorçunun əlində tutduğu gül ilə mesaj vermək istəyib-istəmədiyi böyük maraq doğurub və mütəxəssislər bu görüntünü şərh ediblər.
Hicablı, qızılgüllü və makiyajlı qadın terrorçunun hücumu peşəkarcasına təşkil edən şəxslər tərəfindən xüsusi olaraq hazırlandığını bildirən ekspertlər, Ahlam Albəşirin diqqəti cəlb etməməsi və hər hansı risk altına düşməməsi üçün xüsusi olaraq hazırlandığı bildirilib.
Taksim bombacısı Albəşirin polis nəzarətindən asanlıqla keçməsi üçün belə bir yola əl atıldığını söyləyən ekspertlər qadın terrorçunun bununla da İstiqlalda dolaşan digər xarici vətəndaşlardan seçildiyini bildiriblər.
CNN TÜRK İstanbul xəbər direktoru Nihat Uludağ terrorçunun əlindəki qızılgüllə bağlı bu sözləri deyib: “Terrorçunun paltarında və əlindəki qızılgüldə mesaj var. Başı və çiyinləri içəri batıb, deməli, ideoloji təhsili yoxdur. Müəyyən bir məqsəd üçün hazırlanmışdır və çox da məşq edilməmişdir. İstiqlal küçəsindəki fotoda o, səliqəli geyinib. Baxımlı olduğundan skamyada 45 dəqiqə oturmasını heç kim sorğu-sual etməzdi. Halbuki o, həbs olunduğu zaman olduğu kimi geyinsəydi, hamı onun mühacir, qaçqın olduğunu düşünər və təbii ki, şübhə doğurardı".
QAZİLER.AZ