Azərbaycanda son sutkada 36 nəfər koronavirusa yoluxub, bir nəfər ölüb - FOTO

Azərbaycanda son sutkada 36 nəfər koronavirusa yoluxub, bir nəfər ölüb -  FOTO backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nəticələri müsbət çıxan bir nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, hazırda 184 aktiv xəstə var. Bu günə qədər 9 965 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 448, bu günə qədər isə ümumilikdə 7 347 597 test icra olunub.

loading...
Diaspora