Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkılatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" adlı tədbir çərçivəsində Siyəzən rayonun Mədəniyyət Mərkəzində növbəti tədbirini keçirib.
Qaziler.az QHT.az-a istinadla xəbər verir ki, təşkilatın rəhbəri, hüquqşunas Səməd Vəkilov bildirib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin hüquqlarının təmin olunması dövlət siaysətinin əsas prioritetlərindəndir. Agentliyin maliyyələşdirdiyi bu layihədə dövlət siyasətinin tərkib hissəsidir.
Layihənin məqsədinin şəhid ailələri, müharibə əlillərinin və veteranlarının hüquqlarının müdafiəsinin təşkilinə hüquqi dəstək göstərmək və bu istiqamətdə maarifləndirmə işinin təşkili olması olduğu vurğulanıb.
Tədbirdə şəhid adlarının əbədləşdirilməsi ilə bağlı qanunvericilik bazası hormativ hüquqi aktlar mövzularda müzakirələr aparılıb. Təşkilatın sədri Səməd Vəkilov şəhid ailəsi statusu, onlara verilən təminatlar, şəhid ailələrinin mənzillə təmin edilməsi qaydaları barədə məlumat verilib. Təşkilatın sədr müavini Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu müharibə iştirakçılarının mənzil təminatı ilə bağlı qanunvericiliyinin normaları barədə məlumat verib.
Siyəzən rayon sakini Sübhan Məmmədov şəhid və qazi ailələrinin problemlərindən danışaraq, yerli məmurların bu sferadan olan şəxslərə qarşı diqqətinin daha da artırılmasını vurğulayıb. Görüşdə Siyəzən rayon İcra Hakimiyyətinin əməkdaşı Elvin Nəzərov da iştirak edib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.