Son günlər ermənipərəst İran İslam Respublikasının rəsmilərinin Azərbaycana qarşı düşmən münasibəti ilə bağlı vəziyyət daha kəskin xarakter alıb. Məsələ cəmiyyətin müxtəlif təbəqələrini narahat edir.
Qaziler.az xəbər verir ki, mövzu ilə bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu da münasibət bildirib. Saytımıza açıqlamasında o bildirib ki, İran Azərbaycandakı müsəlman şiə qardaş və bacılarımızdan istifadə edir:
“Bildiyiniz kimi, bu gün İranın xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilib. Daha bir neçə casus aşkarlanaraq həbs edilib. İran Azərbaycandakı müsəlman şiə qardaş-bacılarımızdan istifadə edərək Azərbaycana qarşı təxribat törədir. Erməni işğalçılarını dəstəkləyən o şər yuvası dövlətimizi açıq-aşkar təhdid edir! Düzdür, dövlətimiz, onun müvafiq qurumları lazımı tədbirlər görürlər. Amma biz də susmamalıyıq, sözümüzü deməliyik. Bütün Azərbaycan şiə qardaşlarımız da ayıq-sayıq olmalı və fars-iran rejiminə qarşı birləşməlidir! İranın şərinə, fitnəsinə qarşı birləşin, qardaşlar! Sözünüzü deyin! Mövqeyinizi bildirin - dövlətimizi müdafiə edin! Allah İran-fars rejiminə lənət eləsin! Azərbaycan hamımızımızın vətənidir. Onu qorumaq lazımdır!”
QAZİLER.AZ