37 dərəcə isti - SABAH

37 dərəcə isti - SABAH backend

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi axşam mülayim şimal küləyi əvəzlənəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.


Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi gündüz mülayim qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq.
Diaspora