Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və Gəncə şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə Gəncədə region gəncləri üçün “Avropada könüllü ol!” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar respublikamızda könüllülük xidmətinin inkişafının təmin edilməsi və region gənclərinin beynəlxalq könüllülük proqramlarında iştirak potensialının artırılması məqsədi daşıyıb. Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Müşfiq Cəfərov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Azərbaycan Könüllülük Xidməti” proqramının rəhbəri Hüsniyyə Qafarova, “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin koordinatoru Hüseynxan Hacızadə və başqaları çıxış edərək “Avropa Könüllülük Xidməti” və onun ölkəmizdəki modeli olan “Azərbaycan Könüllülük Xidməti” haqqında təqdimatlar keçiriblər.
Seminar iştirakçıları “Avropa Könüllülük Xidməti” ilə tanış olub, müvafiq proqram və onun üstünlükləri haqqında ətraflı məlumat əldə ediblər.