Əlikram Bayramova vəzifə verilib? - Özündən açıqlama

Əlikram Bayramova vəzifə verilib? - Özündən açıqlama backend

Müğənni Əlikram Bayramov Biləsuvar rayon Mədəniyyət Mərkəzinin direktor müavini təyin olunması haqqında xəbəri təkzib edib.

Qaziler.az xəbər verir ki, bu barədə müğənni Teleqraf.com-a açıqlamasında deyib.

“Yalan məlumatdır, elə bir vəzifə yoxdur. Mən Biləsuvar rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçisiyəm. Bədii tərtibatçı vəzifəsində çalışıram. Burada və başqa rayonlarımızda konsert proqramı ilə çıxış edirik”, - o bildirib.

İfaçı rayona köçməsi haqqında yayılan məlumata isə “Biləsuvara həftəiçi, yaxud da həftəsonu gəlirəm. Rayona köməmişəm”, - deyə reaksiya göstərib.

Diaspora