“Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyədən keçən hissəsində tikinti dayandırılmışdı” - AÇIQLAMA

“Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyədən keçən hissəsində tikinti dayandırılmışdı” - AÇIQLAMA backend

"Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsində tikinti ilə bağlı ayrı-ayrı problemlər ortaya çıxıb. O hissədə işləyən şirkətlər tuneldən başqa digər yerlərdə faktiki tikintini dayandırmışdılar".


APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

Baş nazirin müavini tikinti işlərinin hansı səbəbdən dayandırıldığını açıqlamayıb: "Buna ehtiyac görmürəm. Sözügedən problem ortaya çıxdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev bu məsələ ilə bağlı mənə tapşırıq vermişdi. Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə də görüşməkdə məqsəd bu idi. Mənimlə bərabər görüşdə “Azərbaycan Dəmir Yolları” ASC-nin rəisi Cavid Qurbanov, digər müvafiq qurumların nümayəndələri iştirak etdilər. Əhməd Davudoğlu ilə müzakirə aparılıb, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyədən keçən hissəsində tikinti işləri bərpa olunub. Belə bir razılığa gəlindi ki, ayda bir dəfə Türkiyə və Azərbaycan nümayəndələri Gürcüstan sərhədində görüş keçirsin. Türkiyə tərəfdən bu işlərin nəzarətə götürülməsi üçün məsul şəxs baş nazirin müavini Yalçın bəy (Akdoğan – red.) müəyyən olundu. İnanıram ki, bu, işlərin sürətlə getməsinə təkan olacaq”.
Diaspora