Mübariz Mənsimov Türkiyədə şəhidlərimizin adına park salacaq

Mübariz Mənsimov Türkiyədə şəhidlərimizin adına park salacaq backend

İstanbulun mərkəzində Qarabağ şəhidlərinin adını daşıyan park salınacaq.

Qaziler.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda qeyd edilir ki, “Palmali Holding”in qurucusu, azərbaycanlı iş adamı Mübariz Mənsimov Beşiktaş Bələdiyyəsinin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparıb və razılıq əldə edilib. Hazırda layihəni həyata keçirmək üçün Beşiktaşda uyğun yer axtarılır.

Xatırladaq ki, bundan əvvəl İstanbulda Heydər Əliyev adına və Azərbaycan-Türkiyə qardaşlıq parkları məhz Mübariz Mənsimov tərəfindən salınıb.

Xəbərdə Beşiktaş İstanbul şəhərinin ən dəyərli, prestijli, strateji və ən mərkəzi bölgəsi sayıldığı vurğulanıb.

QAZİLER.AZ

Diaspora