DİN qadın işçilər axtarır

DİN qadın işçilər axtarır backend

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Salyan “ASAN xidmət” mərkəzi üzrə regional qrupda vakant olan 24 kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunan şərtlərə cavab verən, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, Azərbaycanın dövlət orta, xüsusi-orta və ali təhsil müəssisələrini bitirən, Salyan, Neftçala və Biləsuvar rayonlarında yaşayış yeri üzrə daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.

"Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, ali təhsilli, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2022-ci il noyabrın 10-dan dekabrın 10-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənəd (orta təhsil haqqında attestat və ya diplom);
- əmək kitabçası (olanlar üçün).

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır", - məlumatda qeyd edilib.

loading...
Diaspora